воскресенье, 15 июня 2014 г.

15 iyun Qurtuluş günü münasibətilə İsmayıllı rayon İcra başçısının Space kanalı ilə birgə təşkil etdiyi möhtəşəm bayram konserti İsmayıllı rayon sakinlərinin ürəyincə oldu.BAYRAMIMIZ MÜBARƏK!!!!!!











Bu gün İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdamət Sadıqov məktəbimizin müəllim kollektivi ilə növbəti dəfə görüş keçirdi.Görüşdə rayonun rəhbər işçilərindən:məktəbimizin sevimlisi Fərman Bəşirov və rayon icra başçısının müavini Sevil Əhmədova,Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov və təhsil şöbəsindən Rahim Baxışov və Aydın Poladov iştirak edirdi.Görüşü giriş sözü ilə açan rayonumuzun qədirbilən oğlu Mirdamət müəllim əvvəlki, görüşlərdəki kimi müəllimləri bir-bir dinlədi. Elmira müəllim Mirdamət müəllimə rayonumuzun çiçəklənməsi yolunda həyata keçirdiyi işlərə görə təşəkkür etdi və daha böyük uğurlar arzuladı.Çıxışının sonunda Elmira müəllim məktəb ərazisində uşaq bağçasının tikilməsinin zəruri olduğunu bildirdi.Təklifi müsbət qarşılayan Mirdamət müəllim bu istiqamətdə addımlar atılacağını bildirdi.Müəllimərdən Yasəmən Ağayeva ,Sevinc Mirzəyeva,Yeganə Abbasova,Nailə Abdullayeva,Vüsalə Məmmədova,Sevinc Məmmədova,Safura Niftaliyeva,Şahlar Hacıyev çıxış edərək rəy və təkliflərini bildirdilər.Mirdamət müəllim rəhbərlik etdiyi müddətdə İsmayılıı şəhər 5 saylı tam orta məktəbin kollektivinin uğurlu işindən razı qaldığını bildirdi,qarşılaşdıqları problemlərin həlli yolunda birbaşa yardım edəcəyini bildirərək kollektivə uğurlar dilədi.Məktəbin direktoru Elçin Məmmədov son vaxtlar rayonda gedən inkişafı gözü götürməyənlərə və onların mətbuatda yersiz çıxışlarına qarşı kollektiv adından öz etirazını bildirdi və Mirdamət müəllimə səmimi görüşə görə məktəb kollektivinin təşəkkürünü bildirdi.